Beynəlxalq ticarət nədir?

Beynəlxalq ticarət kapitalın, malların və xidmətlərin beynəlxalq sərhədlər və ya ərazilər üzrə mübadiləsidir.

Ziraat Maliyyə Qrupu hansı ölkələrdə təmsil olunur?

Ziraat Maliyyə  Qrupu 18 ölkədə təmsil olunur: Türkiyə, Azərbaycan, Almaniya, Monteneqro, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Bosniya və Herseqovina, Türkmənistan, Rusiya, Böyük Britaniya, Yunanıstan, Bolqarıstan, İraq, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Respublikası, Kosovo , Bəhreyn
 

Xarici Ticarət Portalı nədir?

Xarici Ticarət Portalı  Azərbaycan və Türkiyədə fəaliyyət göstərən  ixracatçı və idxalçı şirkətlərin birləşdirilməsi və onlara dəstək məqsəd ilə fəaliyyat göstərən innovativ və rəqəmsal platformadır. 
Ziraat Maliyyə Qrupunda təmsil olunan digər ölkələrdən olan idxalçı və ixracatçı şirkətlər ən qısa müddətdə Ticarətin Maliyyələşdirilməsi Portalından faydalana biləcəklər.  

Beynəlxalq ticarəti asanlaşdırmaq üçün istifadə olunan əsas alətlər hansılardır?

Zəmanət məktubu, akkreditiv, nağd avanslar, İnkasso (DC) və Qabaqcadan ödəmə(advanced payment) beynəlxalq ticarətdə iştirak edən ixracatçı və idxalçı şirkətlər tərəfindən istifadə edilən alətlərdir. 
 

Zəmanət məktubu nə üçün istifadə olunur?

URDG-yə görə, tələb zəmanəti və ya zəmanət, uyğun tələbin təqdim edilməsi ilə ödənişi nəzərdə tutan, adı və ya təsvirindən asılı olmayaraq hər hansı imzalanmış öhdəlik deməkdir.
Zəmanət məktubu ixracatçını ödənişi vaxtında almamaq riskindən qorumaq üçün beynəlxalq ticarətdə geniş istifadə olunur, idxalatçıya isə beynəlxalq ticarətdə etibarlı tərəfdaş kimi iştirak etmək şansı qazandırır. 
 

Akkreditiv nədir?

Akkreditiv beynəlxalq ticarətdə iştirak edən hər iki tərəf üçün təmin edilmiş sığortalı ödəniş vasitəsidir.
Akkreditiv ixracatçıya satılmış malın  müəyyən olunmuş vaxt ərzində ödənilməməsi riskinin qarşısını alan,  idxalçıya isə malların müəyyən olunmuş vaxt ərzində çatdırılmaması riskinin qarşısını alan maliyyə alətidir. 
Akkreditiv qaydaları Beynəlxalq Ticarət Palatası tərəfindən təqdim olunan Sənədli Kreditlər üçün Vahid Gömrük və Təcrübə (UCP 600) tərəfindən müəyyən edilir.