“Ziraat Bank Azərbaycan” ASC olaraq öz müştərilərimizə Xarici Ticarət Portalını təqdim edirik. Bu portalın yaradılmasında əsas məqsəd, dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupuna aid üzv bankların müştəriləri arasında işgüzar münasibətlərin qurulmasına dəstək olmaqdır. Bankımızın müştəriləri bu portalın imkanlarından istifadə edərək məhsul və xidmətlərin ixracı/idxalı ilə bağlı potensial beynəlxalq tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Bu portal vasitəsi ilə Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi ölkələrdə müxtəlif  məhsul və xidmətin potensial alıcısı və ya istehsalçısını axtarmaq, onlarla əlaqə yaratmaq imkanı təmin edilmişdir. Portalda ölkəyə, məhsul və xidmət növlərinə və şirkət adlarına görə axtarış imkanları da yaradılmışdır.  


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərimiz  bu portalda öz bölmələrini yarada bilərlər. Bu bölmədə şirkətin fəaliyyəti, məhsul və xidmətləri haqqında məlumatları qeyd etməklə  biznesinə dair fotoşəkilləri yerləşdirə bilərlər. Azərbaycan ilə işgüzar əlaqələr qurmaq istəyən xarici ölkələrdən olan sahibkarlar bu portal vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən potensial tərəfdaşları araşdırıb əlaqə məlumatları ilə tanış ola və istədikləri təqdirdə əlaqə saxlaya biləcəklər.  Beləliklə müştərilərimiz bu portal vasitəsi ilə  Ziraat Maliyyə Qrupunun çox saylı müştəriləri ilə ticarət etmək üçün əlaqə yaratmaq imkanı əldə edəcəklər. Gələcəkdə xarici ticarət portalı vasitəsi ilə birbaşa müraciət göndərərək bank xidmətlərinin əldə edilməsi  imkanları da araşdırılır. 


Bankımız, Ziraat Maliyyə Qrupunun üzvü olaraq fəaliyyət göstərdiyi bütün ölkələr də daxil olmaqla dünyanın 139 ölkəsində 1 666 nöqtədən ibarət  geniş müxbir şəbəkəyə malikdir. Ziraat Bank Azərbaycan olaraq ölkəmizin xarici ticarətində davamlı yüksələn dövriyyəsinə dəstək olmaqla, müştərilərimizin ehtiyacları və gözləntilərini ən düzgün şəkildə anlamaq və alternativ maliyyə həllərini yaratmaqla müştəri məmnuniyətini ən üst səviyəyə çatdırmaği hədəfləyirik. 


Xarici ticarət portalı ilə sərhədləri aşırıq...